ABŞ-də keçirilən NASCAR Cup Series yarışında 30-a yaxın avtomobilin iştirakı ilə kütləvi qəza baş verib.
Bizim.Media xəbər verir ki, yarış Alabama ştatının Linkoln şəhərində yerləşən məşhur Talladega superspidvey trasında keçirilib.
Hadisə yarışın 115-ci dövrəsində baş verib. Avtoidmançı Ross Çesteyn digər pilotun idarə etdiyi “Toyota”ya toxunduqdan sonra zəncirvari qəza başlayıb.
Nəticədə azı 27 avtomobil sürət trasından kənara çıxaraq qazona dağılıb.
Xoşbəxtlikdən, sürücülərdən heç biri ciddi xəsarət almayıb. Onların hamısı həkim müayinəsindən sonra buraxılıb.
Bizim.Media