Həmyerlimiz Əsgərov İsmayıl Aris oğlu Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin “facebook” səhifəsində paylaşım edilib.
Ukrayna ordusunun tərkibində döyüşən İsmayıl Əsgərov 18 aprel 2026-cı ildə Donetsk vilayətinin Pokrovski rayonunun Şevçenko yaşayış məntəqəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Qeyd edək ki, İsmayıl Əsgərov 2005-ci il 24 sentyabr tarixində Xarkovda anadan olub.

Bizim.Media