İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı BMT-dən MÜRACİƏT 

İqlim dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məruzəsinin müəllifləri bildirirlər ki, istixana qazları tullantılarını azaltmaq və planeti antropogen iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün bir sıra səmərəli və əlçatan üsullar mövcuddur. 

Bizim.Media BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Hökumətlərarası Ekspertlər Qrupunun sədri Hyosunq Li deyib:

“İqlim dəyişikliklərinə qarşı mübarizə üzrə səmərəli və ədalətli tədbirlərin tətbiqi həm təbiətə və insanlara vurulmuş zərəri azaldacaq, həm də nəzəərəçarpacaq dərəcədə iqtisadi səmərə verəcək. Bizim məruzədə daha ambisiyalı tədbirlər görülməsinin təxirəsalınmaz olması vurğulanır və açıq-aydın göstərilir ki, əgər biz hamımız indi, dərhal işə başlasaq, planetin bütün sakinləri üçün etibarlı gələcəyi təmin edə bilərik”. 

2018-ci ildə Hökümətlərarası Ekspertlər Qrupu istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün həll edilməsi zəruri olan məsələlərin görünməmiş miqyasını vurğulayırdı. İndi, o vaxtdan beş il sonra istixana qazları tullantılarının artması davam etdiyinə görə, bu hədəfə çatmaq daha da çətinləşib. 

BMT-nin Baş katibi Antonio Quterreş Hökumətlərarası Ekspertlər Qrupunun məruzəsinin nəşri ilə əlaqədar bəyanatında vurğulayır:

“Bəşəriyyət sanki nazik buz üzərində yeriyir və bu buz sürətlə əriyir". 

Məruzənin müəllifləri qeyd edirlər ki, indiyə qədər görülmüş tədbirlərin, həmçinin cari proseslərin sürəti və miqyası iqlim dəyişikliyi probleminin həlli üçün kifayət etmir. Bir əsrdən artıq müddətdə qazıntı şəklində yanacağın yandırılması, həmçinin enerjidən qeyri-müntəzəm və qeyri-sabit istifadə edilməsi nəticəsində sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə səviyyəsində qlobal istiləşmə baş verib. Bu da öz növbəsində, dünyanın bütün regionlarında hər il təbiət və insanlar üçün daha təhlükəli nəticələrə gətirib çıxaran intensiv ekstremal hadisələrə səbəb olur. 

BMT-nin rəhbəri Antonio Quterreş əmindir:

“Qlobal iqlim probleminin həllində hər bir ölkə iştirak etməlidir. Əgər kimsə əvvəlcə başqalarının hərəkət etməsini tələb edərsə, bütün bəşəriyyət sonuncu yerdə olacaq”. 

Ekspertlər hesab edirlər ki, əgər texnologiyalar, nou-hau və müvafiq siyasi tədbirlər birgə tətbiq edilərsə, lazımlı maliyyə vəsaitləri artıq indi verilərsə, planetin hər bir regionunda karbonsuz istehlaka nail olmaq mümkündür. Eyni zamanda, əgər beynəlxalq cəmiyyət əhəmiyyətli investisiyalar ayrılmasını təmin edərsə, həssas qruplar və regionlar üçün artan risklərin qarşısını almaq olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

End of content

No more pages to load

RADİO