Milli Məclisdən Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə ETİRAZ 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur:

"Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilİB. Bu isə dərin məyusluq və hiddət doğurur". 
Qeyd olunub ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir:

"Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz göstəricisidir.  

Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir.  

Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və qərəzli olduğunu göstərir". 

"Bununla belə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir.  
Avropalı komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilmişdir. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır", - deyə bəyanatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

End of content

No more pages to load

RADİO