Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi QEYD OLUNDU - FOTO 

Martın 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, bir çox ərəb ölkələrinin səfirləri və əməkdaşları, İordaniya və Azərbaycan arasında Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini, bu prosesdə rəsmi səfər mübadilələrinin, habelə beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

1994-cü ildə Mərakeşin Kasablanka şəhərində İƏT Zirvə görüşündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və İordaniya Kralı Əl-Hüseyn İbn Talal arasında baş tutmuş tarixi görüşün Azərbaycan-İordaniya münasibətlərində yeni səhifə açdığı vurğulanıb.

Nazir müavini bu illər ərzində dövlət başçılarımızın müdrik siyasəti və möhkəm iradəsi sayəsində təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edərək, dost ölkələrimiz və qardaş xalqlarımızın mənafeyi naminə fayda və tərəqqi gətirəcək şəkildə inkişaf edəcəyinə inam ifadə edib.

Öz növbəsində İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh İordaniya və Azərbaycan arasında iki qardaş xalqı birləşdirən dini, mədəni və tarixi bağlara əsaslanan sıx əlaqələrin mövcud olduğunu bildirib.

Bu əlaqələrin əsasının Əlahəzrət mərhum Kral Hüseyn bin Təlal və Zati-aliləri mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran səfir iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət mübadiləsinin həcminin artırılması, investisiyaların qoyulması, habelə turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO