XİN başçısı: “Azərbaycan yardım alan ölkədən donor ölkəsinə çevrilib”

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nazir çıxış zamanı, ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. 

Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1.1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarlar qəbul edəcəyinə inam ifadə olunub. 
Nazir Ceyhun Bayramov 10 ildən bir keçirilən bu konfransın yalnız həmrəylik deyil, eyni zamanda inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiq edilməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-un Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduqları xatırlanıb. 

Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz dogma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. 

Azərbaycan Respublikası tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.

Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, 21 ən az inkişaf etmiş ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb. 

Covid-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib.
2 may 2023-cü il tarixində Qoşulmama Hərəkatının “Covid-19”-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşü zamanı ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın Zirvə görüşü zamanı Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fond yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dollar vəsait ayrıldığı çıxış zamanı qeyd edilib, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

End of content

No more pages to load

RADİO