Qoşulmama Hərəkatının Təmas Qrupu işini plenar sessiyalarla davam etdirib

Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işini plenar sessiyalarla davam etdirib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən sessiyada əvvəlcə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Raponda, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Efiopiya Baş nazirinin müavini Demeke Mekonnen Hassen çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, qarşıda dayanan problemlərin həlli istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən danışıblar.

Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkərək, ölkəsinin bütün dövlətlərlə əməkdaşlıq etməyə və yeni işlər üçün addımlar atmağa hazır olduğunu bildirib.

Serbiya Baş nazirinin birinci müavini – xarici işlər naziri İvitsa Daçiç ölkəsinin Azərbaycanın təşəbbüslərini dəstəklədiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Afrikada inkişaf etməkdə olan ada dövlətlərinə görə atdığı addımlar təqdirəlayiqdir.
Sonra Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatında uğurlu sədrliyə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanın uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatı böyük qüvvəyə çevrilib.

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev bütün ölkələri sülhə və əmin-amanlığa çağırıb.

Vurğulayıb ki, dünyada sülh və sabitlik təmin edilməli, beynəlxalq təhlükəsizlik bərqərar olmalıdır.

Sonra Malinin Baş naziri Abdulay Maiqa, Küveytin xarici işlər naziri Şeyx Səlim Abdulla Əl-Cabir Əl-Sabah, Uqandanın xarici işlər naziri Odonqo Cece Abubakar, Botsvananın xarici işlər naziri Lemoqanq Kvape, Qambiyanın xarici işlər naziri Mamadu Tanqara, Qətərin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi, Fələstinin xarici işlər naziri Riad Əl-Maliki, Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Bəhreynin səhiyyə naziri Jaleela Sayed Javad Hasan Javad, Çadın ictimai səhiyyə naziri Abdelmajid Abdelrahim Mahamat, Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq, Kamboca Kral Hökumətinin baş məsləhətçisi Sok Sifana, Tunisin səhiyyə naziri Ali Mrabet, Şərqi Timor Demokratik Respublikası Prezidentinin xarici siyasət üzrə məsləhətçisi Dionisio Da Kosta Babo Soares çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün dünyada əsas böhranlardan biri olan iqtisadi tənəzzül birgə fəaliyyətin zəruriliyini nümayiş etdirir.

Bu səbəbdən Qoşulmama Hərəkatı daxilində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin qurulması da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, pandemiya böyük insan itkisi ilə nəticələnib.
Pandemiya müddətində Ümumdünya Səhiyyə Təşkilatı və Qoşulmama Təşkilatı uzunmüddətli əməkdaşlığın əsasını qoyub.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Hərəkata sədrliyi dövründə Azərbaycan Afrika ölkələrinə dəstək üçün 1 milyon dollar pul ayırıb.

COVID-19-la bağlı mübarizədə göstərdiyi səylərə, sadiqlik və beynəlxalq həmrəyliyə görə Azərbaycana minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq iqtisadi böhranların nəticələrini azaltmaq üçün ölkələrin çoxtərəfli əməkdaşlığına töhfə verməyə sadiqdir.

Bu Sammit Qoşulmama Hərəkatının həmrəyliyinin simvoludur, bərabərsizliyə qarşı birgə mübarizə aparmaq vacibdir.

Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatı pandemiyadan sonrakı dövrdə çox mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sədrliyi dövründə Hərəkatın gələcəyi naminə bir çox təşəbbüslər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan bu ilin sonunda Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

End of content

No more pages to load

RADİO