Tehran niyə Fransa ordusunun bölgəyə gəlməsini arzulayır? - DETALLAR

İran yenə də öz ampluasındadır. Belə ki, cənub qonşumuzun rəsmiləri tərəfindən Azərbaycan əlehinə açıqlamalar davam etməkdədir. Bu dəfə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri estafeti təhvil alıb.

İran-Ermənistan münasibətlərinə həsr edilən tədbirdə Zohuri Azərbaycanı hədələyən bəyanatlarla çıxış edib. 
İran diplomatı deyir ki:

- Zəngəzur dəhlizinin açılmasını İran öz maraqlarına qarşı birbaşa hədə kimi görür. Bu Ermənistanın da maraqlarına cavab vermir.

- İran ona problem yaratmağa çalışan “kiçik ölkə”ləri cəzalandıra bilər.

-  Tehran Avropa İttifaqının müşahidəçi missiyasının tərkibində Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. 

Göründüyü kimi, Zohuri açıqlamalarında İranın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətlər” ideyasını davam etdirir. Və bu xətlər nədənsə Azərbaycanla bağlı olduqda qızarmağa başlayır.

Lakin söhbət Fransa hərbçilərinə gələndə Tehran bunu problem kimi görmür, əlehinə də çıxmır. 

Ancaq biz tam əksinə şahidlik edirik. İranı narahat edən Ermənistanla bağlarının qopması, daha doğrusu, Azərbaycanın Naxçıvana birbaşa bağlanmasıdır. Bu narahatlığın fars şovinist siyasətindən və İranın bölgədə olan-qalan təsir gücünü də itirmək təhlükəsindən irəli gəldiyi bəllidir.

Digər tərəfdən, Zohurinin də açıqlamasında qeyd etdiyi kimi, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xətlərinin açılmasında İranla Ermənistanı mövqeyi nəinki üst-üstə düşür, hətta Tehran bundan daha çox narahatdır.

Zohuri Zəngəzur dəhlizini “Ermənistanın maraqlarına cavab verməyən”, “İrana qarşı birbaşa təhdid” kimi xarakterizə etməklə bunu açıq ifadə edir.

Bu da İranın Qərbə düşmənçiliyi...  

Halbuki, İran molla rejiminin formal ideolojii baxımından ana xətti “Qərb imperializminə qarşı mübarizə aparan İslam Respublikasıdır”.

Görünən qədərilə, rəsmi Tehran üçün ideoloji obraz yalnız əsl simasını gizlətmək üçün maskadan ibarətdir. Ancaq İranın Vətən müharibəsindən sonra tutduğu siyasət, o cümlədən Zohurinin son açıqlamaları onu göstərir ki, Tehran kartlarını açıq oynayır.

Mollalar artıq “Din qardaşlığı”, “Qərb düşmənçiliyi” obrazını qorumağa belə ehtiyac duymurlar.

İran bu cür siyasət yürütməsi isə bir sıra mətləbləri üzə çıxarır:

Birincisi, İran hakimiyyəti Fransanın oyuncağı olduğunu hiss etdirir. Əslində, yaxın tarixə nəzər salıb, Xomeyninin hakimiyyətə hansı ölkədən əl üstündə gətirildiyini xatırlamaq, bütün kritik vəziyyətlərdə Fransa və İranın bir-birilərinin maraqlarını maksimum gözləməsi bu reallığı görməyə kifayət edirdi.

Yəni, sözlərə yox, əməllərə baxmaq molla rejiminin Fransanın layihəsi olduğunu onsuz da göstərirdi. Və artıq İran rəsmilərinin sözləri də əməllərinə adekvat olmağa başlayıb. 
İkincisi, molla rejimi Cənubi Qafqazdakı situasiyanın dəyişməsindən o qədər başını itirib ki, artıq bu ölkənin rəsmiləri açıqlamalarında diplomatik etiket normalarını, siyasi mədəniyyəti belə gözləmirlər.

Üçüncüsü, İran səhvlərindən nəticə çıxarıb, Cənubi Qafqaz siyasətini korrektə etmək yerinə, əvvəlki dəst-xəttini qoruyub saxlayacağına işarə edir.

Görünən qədərilə, İran-Ermənistan-Fransa üçlüsü Azərbaycana qarşı siyasətlərində vahid mövqedən çıxış etmək yolunu tutmaqda maraqlıdırlar. Daha doğrusu Paris və Tehran Ermənistanı növbəti savaşa sövq etməkdə qərarlı görünür. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

End of content

No more pages to load

RADİO