Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı bacılar Bakıya gətiriləcək

Türkiyənin cənubundakı Kahramanmaraş vilayətində baş verən zəlzələdə zərər çəkən Gülşən və Jalə Cəfərova bacıları yaxın vaxtlarda Azərbaycana təxliyə olunacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Media.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.

“Hələlik Cəfərova bacılarının vətənə təxliyəsinin dəqiq vaxtını söyləmək çətindir. Hər şey onların sağlamlıq vəziyyətindən asılı olacaq”, – deyə səfirliyin nümayəndəsi bildirib.

Yeri gəlmişkən, zəlzələnin baş verdiyi Kahramanmaraşda 50-dən çox azərbaycanlı tələbənin olduğu bildirilir. Ümumilikdə isə Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

Aygün Qocayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb və bu xətt vasitəsilə zərər çəkmiş Azərbaycan vətəndaşlarının yaxınları doğmalarının vəziyyəti ilə bağlı məlumat ala bilərlər.
“Qaynar xətt günün 24 saatı açıqdır. Bizə çoxlu zənglər daxil olur. Hər kəsə cavab verməyə çalışırıq ki, heç kim məlumatsız qalmasın. Qeyd edək ki, bizə azərbaycanlıların axtarışı ilə maraqlanan və onların taleyindən narahat olan Türkiyə vətəndaşları da zəng edirlər. Onlar da səfirliyə öz yardımlarını təklif edirlər”, - Aygün Qocayeva əlavə edib.

Məlumat üçün qeyd edək ki, ötən gün Türkiyənin bir sıra şəhərlərində baş verən dağıdıcı zəlzələdən sonra xilasedicilər Kahramanmaraşda Azərbaycandan olan iki tələbə bacını dağıntılar altından çıxarıblar. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilən Gülşən və Jalə Cəfərova bacıları xəstəxanaya yerləşdirilmişdilər.

Xatırladaq ki, 6 fevral tarixində Türkiyə ərazisində 7,7 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində, 7 km dərinlikdə olub.
Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılar var.

Son məlumatlara görə, zəlzələ nəticəsində 3432 nəfər ölüb, 21 103 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

End of content

No more pages to load

RADİO