İnflyasiyanın azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Mərkəzi Bankı inflyasiyanın azaldılmasına yönəlmiş tədbirlər görür.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda illik inflyasiyanın səkkiz faiz səiyyəsində olacağı gözlənilir.

O həmçinin bütünlükdə 2022-ci ildə maliyyə sektorunda mühüm makroiqtisadi dəyişikliklərin müşahidə olunduğunu xatırladıb. Burada söhbət ilk növbədə inflyasiyadan, neft məhsullarının qiymətlərindəki artımdan, həmçinin bu və ya digər məhsullara tələbin dinamik dəyişməsindən gedir.
"Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsi olaraq dünyadakı iqtisadi şokun təsirini görüb və görməyə davam edir. Mərkəzi Bank öz mandatına uyğun olaraq bu risklərin azaldılması üçün zəruri tədbirləri görür", - T.Kazımov deyib.

Qeyd edək ki, 2022-ci ildə illik inflyasiya dərəcəsi 14,4 faiz olub ki, bu da pik səviyyədən (15,6 faiz -sentyabr ayında müşahidə olunub) 1,2 faiz aşağıdır.

Dekabr ayında ərzaq inflyasiyası 19 faiz səviyyəsində olub.

İstehsalçı qiymətlərindəki artım tempi (dekabrda kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymət indekslərindəki illik artım 10,2 faiz, qeyri-neft sektorunda sənaye məhsullarının qiymət indeksi 10,6 faiz olub) və idxal qiymətləri (noyabrda idxal qiymətlərindəki illik artım 23,4 faiz olub) ikirəqəmli göstəricilər səviyyəsindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO