Ermənistan Metsamordakı radioaktiv tullantıları harada saxlayır? – AES-lə bağlı TƏHLÜKƏLİ MƏQAMLAR

“Metsamor AES seysmik zonada yerləşir. Buna görə də dünya birliyi Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz ola bilər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, professor İslam Mustafayev səsləndirib.

O, Metsamorun tarixçəsinə nəzər salaraq AES-in xarakteriskasını da verib:

“Təhlükəli obyekt iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilib. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanıb. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı. 

1995-ci ilin noyabr ayında ikinci blok işə salınıb. Stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilib və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılıb. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnib”.

İ.Mustafayev bildirib ki, Ermənistan AES-in istismarı zamanı yaranan tullantıların miqdarı və tərkibi haqqında ictimaiyyətə heç bir məlumat vermir. Bu ərazidə nələrin döndüyündən demək olar ki, heç kim xəbər tutmur:

“Erməni mənbələrinin verdiyi məlumata görə, stansiyanın ərazisində Amerika texnologiyasına uyğun xüsusi tullantıxana tikilib və işlənmiş tullantılar daşınaraq həmin tullantıxanadakı konteynerlərdə saxlanılır. Bu tullantıların saxlanma müddəti 50 ildir. Həmin tullantılar seysmik aktiv zonada hansı şəraitdə saxlanılır və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər və radioloji monitorinqlər həyata keçirilir, məlum deyil. Bundan əlavə, 13 il istismar olunub və 1989-cu ildən dayandırılmış stansiyanın birinci blokunun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin təmin olunması haqqında da heç bir məlumat yoxdur”. 

Professorun sözlərinə görə, Amerika alimlərinin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunub ki, AES-in istismar zamanı hətta 46 kilometr radiusda daimi yaşayan əhali, əsasən uşaqlar və gənclər onkoloji xəstəliklərə daha çox məruz qalırlar:

“Aydındır ki, Ermənistan AES-in istismarı müddətində 46 km radiusun 30 km-lik hissəsində yaşayan Türkiyə Respublikasının əhalisi də daimi olaraq radioaktiv təsirə məruz qalır. Ona görə də ermənilərin bu məsuliyyətsiz yanaşması beynəlxalq birliklər tərəfindən cəzalandırılmalıdır. 

Xatırlatmaq istərdim ki, Yaponiyada baş verən güclü zəlzələ və sunaminin yaratdığı dağıntı nəticəsində Tokio şəhərinin yaxınlığındakı "Fukusima-1" AES-də baş verən nasazlıqların yaranması və radiasiyanın ətrafa yayılması atom reaktorlarının istismar müddətlərinin bitməsinə görə baş verib. Yaxud Çernobl qəzasından 50 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq hələ də ölü zona olaraq qalmaqdadır və dünya orada baş verənləri sadəcə, seyr etməklə məşğuldur”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Gəncədə evdə qadın meyiti tapıldı

Gəncədə evdə qadın meyiti tapıldı

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

End of content

No more pages to load

RADİO