İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.

Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən “ağıllı kənd”ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.

Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq.

Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər.

Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

End of content

No more pages to load

RADİO