Bolqarıstanda son 2 ildə 5-ci dəfə növbədənkənar ümumi seçkilər keçiriləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Radev yaydığı fərmanla fevralın 3-dən parlamenti buraxacağını açıqlayıb.
Belə ki, Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bilmədiyi üçün aprelin 2-də növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib.
Qeyd edək ki, ölkədə 2 oktyabr 2022-ci ildə keçirilən sonuncu növbədənkənar ümumi seçkilərdən sonra qurulan parlamentdə 7 siyasi partiya var idi. Bu partiyalardan üçü etimad səsi ala biləcək koalisiya hökuməti qura bilməyib.
Bizim.Media