Somalinin paytaxtı Moqadişo şəhərinin mərkəzindəki prezident sarayı minaatanlardan atəşə tutulub.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, dövlət başçısının iqamətgahı ilə yanaşı, hökumət binası və digər tikililərin olduğu əraziyə bir neçə mərmi düşüb.
Somali Prezidenti Həsən Şeyx Mohamudun atışma zamanı sarayda olub-olmadığı məlum deyil. Mümkün qurbanlar barədə də məlumat yoxdur.
Təhlükəsizlik xidmətləri hücumun “Əş-Şəbab” qruplaşmasının silahlıları tərəfindən törədildiyini güman edir.
Bizim.Media