Mətbuat Şurasından Fransa jurnalının mövqeyini PİSLƏYƏN BƏYANAT 

Azərbaycan Mətbuat Şurası Fransanın “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə MŞ-nin yaydığı bəyanatda bildirilib. 

Bəyanatda deyilir: 

"Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin, bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır.

Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir. 
“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır. 

“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi, onun seçdiyi üslubdan da aydın görünməkdədir. 

Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır. 
O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür. 

Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO