“Son bir ildə Mədəniyyət Nazirliyi qeyri-peşəkarların oylağına çevrilib” - DEPUTAT

Mədəniyyət Nazirliyi ətrafında yaranmış qalmaqallar bu gün məntiqi sonucuna vardı. Ölkə başçısının əmri ilə nazir Anar Kərimov işdən çıxarıldı. Baş verənlər sadəcə adi hadisə deyil, həm də ona dəlalət edir ki, bu gün Prezidentin etimadını doğrultmaq təkcə sədaqət deyil, həm də peşəkar fəaliyyətdən keçir.

Anar Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən nazirliyin 3 əməkdaşı korrupsiya və digər qanunsuz əməllərinə görə noyabrın əvvəlində işdən çıxarılaraq həbs edildi.

Bundan başqa, nazirliklə Abdulla Şaiq adına Kukl Teatrı arasında bir sıra qalmaqallar yaşanır. Bir çoxları bildirir ki, ümumiyyətlə, son dövrlər nazirlik tərəfindən hansısa normal bir mədəni tədbirlər belə keçirilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Anar Kərimovu mədəniyyət naziri vəzifəsindən azad etdi


Mədəniyyət xadimlərinin mütləq əksəriyyəti açıq və ya gizli şəkildə dəfələrlə qurumun fəaliyyətindən narazı qaldıqlarını ortaya qoyublar.

Onlar bildirirdilər ki, Anar Kərimov bu sahədən xəbərsiz adamdır. Teatr sektoruna rəhbərlik edən bir neçəsi isə az qala bütün teatrları nazirlikdən incik salıb. Nazirlik az qala orta əsirlərin xırda padişahlıq dövrünə qədər endirilib.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Mədəniyyət Nazirliyi ətrafında yaşanan qalmaqalların səbəbini qurumun özündə axtarmaq lazımdır: 

“Nazirlik daxilində mədəniyyətimizin müxtəlif sahələrinə diqqətsizlik, maraq göstərməmək, problemlərə biganə yanaşmaq tendensiyası özünü daha çox göstərdiyindən onun fəaliyyəti də qalmaqallarla müşayiət olunurdu.

Bu sahədə xeyli problemlər mövcuddur. Ancaq ötən dövrdə həmin problemlərin həlli istiqamətində ciddi addımlar atılmadı. Həmin problemlərin həlli isə ona daha peşəkar yanaşmanın olmasını tələb edir.

Lakin Mədəniyyət Nazirliyində peşəkarlığın aşağı səviyyədə olduğunu görürük. Ona görə də bu sektor üzrə nəticə də ortadadır. Qurumda bütün sahələr başlı-başına buraxılıb, diqqətsizlik hökm sürür, onun normal fəaliyyət göstərməsi imkanları da məhduddur.

Mədəniyyət sahələrinin ayrı-ayrı istiqamətlər üzrə inkişafı ilə bağlı nəzərdə tutulan dövlət proqramlarının əksəriyyəti icra olunmayıb. Burada təbii ki, nazirliyin maddi-texniki bazasının zəif olması da öz rolunu oynayır. Amma hər halda problemin həllinə nail olmaq, dəyişiklik etmək üçün müəyyən cəhdlər edilməli idi.

Lakin bu istiqamətdə hər hansı bir addımı görmədik. Problemin kökü də ondan qaynaqlanır ki, daha çox işlər görülməsinə imkan olduğu halda, qurumda bu istiqamətdə real işlər görülmədi. Proses sanki başlı-başına buraxıldı”. 

Deputat qeyd edir ki, qurum daxilində mədəniyyətimizin müxtəlif sahələrinə diqqətsizlik, maraq göstərməmək tendensiyası hökm sürür:

“Ona görə də həll edilmədən qalaraq böyüyən problemlər sonda gətirib qalmaqallara rəvac verirdi. Yaranmış vəziyyət sözügedən nazirlikdə problemlərin həlli istiqamətində aydın konsepsiyanın olmadığını da söyləməyə əsas verir. Vəzifəyə gətirilənlər də ağıllı, peşəkar insanları çevrəsinə yığmaq əvəzinə, öz dost və tanışını ətrafına toplayır.
Ona görə də bu sahədə hər hansı bir yenilik, irəliləyiş müşahidə olunmadı. Son bir ildə Mədəniyyət nazirliyi qeyri-peşəkarların oylağına çevrildi. Nəticədə də nazirliyin fəaliyyəti qalmaqallarla yadda qaldı”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

Əvvəl 40 gün çəkmişdi, bu dəfə iki günə bitdi... – Növbəti nə vaxt BAŞLAYACAQ?

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Vəfa Mustafayev vəfat ETDİ

Vəfa Mustafayev vəfat ETDİ

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsi BAĞLANIR

Vuçiç: “Avropa artıq ABŞ-la qeyd-şərtsiz ittifaqa arxalana bilməz”

Vuçiç: “Avropa artıq ABŞ-la qeyd-şərtsiz ittifaqa arxalana bilməz”

Rusiya məmurlarına bu qadağa qoyulur: Xaricdə ev ala bilməyəcəklər

Rusiya məmurlarına bu qadağa qoyulur: Xaricdə ev ala bilməyəcəklər

Rumıniyada yəhudi qəbiristanlığında “Adolf Hitler”in məzarı tapıldı

Rumıniyada yəhudi qəbiristanlığında “Adolf Hitler”in məzarı tapıldı

Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Abituriyentlərin DİQQƏTİNƏ: Mayın 10-da...

Abituriyentlərin DİQQƏTİNƏ: Mayın 10-da...

OpenAI “GPT-5.5 Instant” modelini təqdim etdi

OpenAI “GPT-5.5 Instant” modelini təqdim etdi

Sevgi münasibətlərində bu gün vəziyyət necə olacaq? – ULDUZ FALI

Sevgi münasibətlərində bu gün vəziyyət necə olacaq? – ULDUZ FALI

Qaxın 4 kəndində qaz olmayacaq

Qaxın 4 kəndində qaz olmayacaq

Qızıl və gümüşün qiyməti artır

Qızıl və gümüşün qiyməti artır

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Neft yenidən BAHALAŞDI

Neft yenidən BAHALAŞDI

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

End of content

No more pages to load

RADİO