Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Avropa gələcəkdə ABŞ-la qeyd-şərtsiz ittifaqa arxalana bilməyəcək.
Bizim.Media xəbər verir ki, Vuçiç bu barədə “Kurir” nəşri üçün yazdığı müəllif məqaləsində bildirib.
Onun sözlərinə görə, dünyada hazırda iki aparıcı güc formalaşıb — ABŞ və Çin. Avropa isə güclənən siyasi, hərbi və xüsusilə iqtisadi transformasiya fonunda öz mövqelərini qorumağa çalışır.
Vuçiç qeyd edib ki, Vaşinqton və Pekin texnologiyaların, o cümlədən süni intellektin inkişafında digər ölkələri xeyli qabaqlayır.
Serbiya liderinin fikrincə, Avropa bütün səylərinə baxmayaraq, məhdud enerji və xammal resursları, həmçinin sərt tənzimləmə qaydaları səbəbindən geri qalır.
Vuçiç həmçinin vurğulayıb ki, bir çox avropalılar mövcud həyat səviyyəsinin ciddi dəyişikliklər olmadan qorunacağına yanlış şəkildə ümid edirlər.
O, bu yanaşmanı real olmayan gözlənti adlandırıb.
Bizim.Media