Gəncədə “qızqaçırma” zamanı kəsici-deşici alətlə 23 yaşlı gəncə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü İsbi Əhmədovanı bıçaqla vurmaqda şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.
İlkin versiyaya görə, insident ailələr arasında qız qaçırmaq cəhdi zamanı baş verib.
Hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova və 1985-ci il təvəllüdlü Aynurə İsmayılova da xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu