Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Neftçi” futbol klubuna qarşıdakı 3 transfer pəncərəsində qadağa tətbiq edib.
Məsələ ilə bağlı klubdan Bizim.Media-ya verilən məlumata görə, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır.
“Bununla da transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdi. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar” – məlumatda vurğulanıb.

Günay Şahmar, Bizim.Media