Narkoplantasiyalar Qarabağdan Ermənistana köçürülür - İrəvan tiryək ixrac etmək fikrindədir

Bizim.Media “Sputnik Armenia” saytına istinadən məlumat verir ki, Ermənistanda sənaye məqsədi ilə çətənə kollarının yetişdirilməsi planlaşdırılır. Narkotik tərkibi ilə tanınan çətənə kollarının becərilməsi məsələsi Ermənistan parlamentinin 4 fevral tarixli sessiyasında müzakirəyə çıxarılıb.

Belə ki, Ermənistan parlamenti əkinçiliyin inkişaf etdirilməsi ilə bağlı layihələri müzakirəyə çıxarıb. Layihələr sırasında çətənə də daxil olmaqla yüksək dəyəri olan bitkilər üçün ayrılmış əkin sahələrinin artırılması təklif edilir.

 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan türklərin ayaqyolu olacaq” - Erməni jurnalistdən ŞOK PROQNOZ


Layihə müəlliflərinin fikrincə, çətənə becərilməsi ilə toxuculuqda, bioplastik istehsalında və bir sıra digər sahələrdə faydalı olan qiymətli yağ əldə etmək mümkündür.

Baş nazir müavini Tiqran Avinyan əkinçilik sahəsində hökumətin qiymətli bitkilərin becərilməsini və emalını artırmağa qərar verdiyini qeyd edib. Bu bitkilər içərisində çətənə kolları da yer alır.

Avinyan Rusiya, ABŞ və Çində istehsal olunan sənaye çətənəsi təcrübəsinin mövcud olduğuna da diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanda bu təcrübənin tətbiq olunması və tənzimlənməsi işi çox sürətlə həyata keçirilə bilər.

 

Qeyd edək ki, Ermənistan iqtisadiyyatı hələdə sənayeden daha çox ticarət və xidmət sahələrinə yönəlməkdədir. Ölkənin ticarət dövriyyəsi sənaye istehsalını təxminən 40% üstələyir. Ermənistan rəhbərliyi əkinçiliyi təşviq etmək məqsədi ilə çətənə və digər qiymətli bitkilərin becərilməsini təklif edir. Bunun nəticəsində əldə edilən xammaldan isə sənaye əhəmiyyəti məhsulların hazırlanmasında istifadə etməyi hədəfləyir.


Lakin Ermənistan parlemanetinin bu layihələri ilk gündən ciddi ictimai müzakirələrə səbəb olub. Ölkə ictimaiyyətini narahat edən səbəb narkotik tərkibli çətənə ilə bağlı fəaliyyətlərin qanunvericiklə tənzimləməmiş olmasıdır.

Əkinçilikdə çətənə yetişdirilməsinə hansı şərtlər daxilində, kimlər tərəfindən icra ediləcəyi məlum deyil. Digər tərəfdən son məhsuldan ancaq sənayedə istifadə olunmasının necə tənzimlənəcəyi ilə bağlı da məlumat verilmir.

Ermənistanın sənaye infrasturukturunun çətənə və qiymətli bitkilərdən sənaye yağlarının alınmasına uyğun olub olmaması da əsas müzakirə mövzusudur. Çətənə əkilməsinə icazə verilir, ancaq Ermənistanda onu sənaye üsulu ilə emal edəcək zavodlar mövcud deyil. Yeni zavadların inşası isə əlavə xərc deməkdir.

Bu şərtlər daxilində çətənə istehsalı cəmiyyətdə zərərli vərdişlərin yayılmasını ciddi ölçüdə sürətləndirəcək. Ermənistanın region ölkələri ilə qarşlıqlı iqtisadi əlaqələrin bərpası istiqamətində işlər gördüyünü nəzərə alsaq, bu addım region ölkələri üçün də təhdiddir. Ermənistan Cənubi Qafqazın Əfqanıstanına çevrilə və qanunsuz narkotik maddələrin əsas istehsalçısına çevrilə bilər.

 

Daha əvvəl də Ermənistan Qarabağın işğal altındakı ərazilərində narkotik maddələrlərin yetişdirilməsi və dövriyyəsi ilə məşğul idi. Qarabağ işğaldan azad olunandan sonra da Ermənistan öz köhnə vərdişinə davam etməkdə israrlıdır.


30 ilə yaxın öz dövlət büdcəsini qanunsuz narkotik maddələrin dövriyyəsi ilə təmin edən Ermənistan bu dəfə də eyni metodikadan istifadə edir. Buna qanuni don geyindirmək üçünsə, sənaye məqsədli istehsalatdan ön plana çıxarılır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Zelimle Ömər 1/4 finala çıxdı

Zelimle Ömər 1/4 finala çıxdı

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

End of content

No more pages to load

RADİO