Dövlət Sosial Müdafiə Fondunun büdcəsi qəbul edildi

Parlamentdə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6263,97 milyon manat, xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır.

DSMF-in gəlirlərinin 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən (2022-ci ilin əvvəlinə fondun xəzinə hesablarında qalmış 570,07 milyon manat maliyyə ehtiyatları nəzərə alınmadan) 657,70 milyon manat və ya 11,73 faiz çox olması nəzərdə tutulur.

Fondun 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin həcminin isə 4783, 6 milyon manat və ya ümumi gəlirlərin 76,37 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 9,67 faiz və ya 421,9 milyon manat çoxdur.

2023-cü ildə dövlət büdcəsindən ayrılmaların (transfertin) məbləğinin proqnozu 1467,77 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz artıqdır.
 

Fondun 2023-cü ildə xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır, bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur.


Növbəti il üçün fondun balanslaşdırılmamış büdcəsi isə 7204,15 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 980,68 milyon manat çox nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

Messi MLS-də diskvalifikasiya oluna bilər - VİDEO

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

İki qadın güləşçimiz dünya çempionatında finala yüksəldi

Livan İran səfirini ölkədən ÇIXARIR

Livan İran səfirini ölkədən ÇIXARIR

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

End of content

No more pages to load

RADİO