Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti "Tvente" - “Qarabağ” oyununa yönələcək.
Niderlandda keçirləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyunu Azərbaycanda “CBC Sport” telekanalı canlı yayımlayacaq.
Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Bizim.Media