Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Rusiyanın Azərbaycan vətəndaşını zorla Ukraynadakı müharibəyə apardığı iddia edilir.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Tural Həqiqət oğlu Əliyev hərbi komandanlıq tərəfindən qanunsuz şəkildə müharibə zonasına göndərildiyinə dair videomüraciət yayımlayıb.
 

1994-cü il oktyabrın 20-də anadan olan Tural Əliyev Azərbaycan vətəndaşı olsa da, 2023-cü ildə Rusiya Ordusunda müqaviləli hərbi xidmətə başlayıb. O, bir neçə dəfə hücum əməliyyatlarında iştirak edib.


Hərbi xidmətdən rəsmi şəkildə azad edilməsinə baxmayaraq, həmyerlimiz barəsində qanunsuz olaraq “hərbi hissəni özbaşına tərk etmə” ittihamının irəli sürüldüyünü bildirib. Hazırda isə onun iradəsinə zidd olaraq döyüş bölgəsinə, “Ştorm V” həmlə qrupuna göndərildiyi iddia olunur.

Azərbaycan vətəndaşı bildirib ki, pasportunun müddəti başa çatıb və onun hərbi bileti yoxdur.

İddiasına görə, əvəzində ona heç vaxt sahib olmadığı sənədin dəyişdirilməsi barədə saxta arayış verilib və bundan sonra yenidən döyüş bölgəsinə göndərilib.

O, Rusiya ordusunda sistemli qanunsuzluqlardan, sənədlərin saxtalaşdırılmasından, qanunsuz şəkildə istintaq təcridxanasında saxlanılmasından və komandanlıq tərəfindən təhdidlərə məruz qalmasından danışıb.
 

Tural Əliyev müraciətində bildirib ki, o sonuna qədər mübarizə aparacaq: “Məni aradan götürmək istəyirsiniz? Bilin ki, sizin bütün köpəklərinizi özümlə o biri dünyaya aparacağam. Artıq itirəcək heç nəyim yoxdur”.


Onun iddiasına görə, 2026-cı il mayın 2-də ona birbaşa “səni aradan götürmək istəyirlər” deyilib. T.Əliyev bunun onun komandanlıqla bağlı kompromat xarakterli məlumatlara malik olması və baş verənləri ictimailəşdirməsi ilə əlaqəli olduğunu bildirib.

Tural Əliyev həmçinin prokurorun uzun müddət hərbi hissənin komandanlığına təzyiq göstərdiyini iddia edir. Onun sözlərinə görə, prokuror onu ya cəbhə xəttinə göndərməyi, ya da yenidən istintaq təcridxanasına qaytarmağı tələb edib. Azərbaycan vətəndaşı bildirir ki, bu proseslər Rusiya müdafiə nazirinin onun hərbi xidmətdən azad edilməsi barədə əmrinə və məhkəmənin iş üzrə cinayət prosesini dayandırmasına baxmayaraq baş verib.

T.Əliyev əlavə edib ki, onun işi ilə bağlı təxminən 40 məhkəmə iclası keçirilib.

O bu iclaslarda hüquqlarının və təqdim etdiyi sübutların nəzərə alınmadığını, bəzi sənədlərin isə saxtalaşdırıldığını iddia edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

End of content

No more pages to load

RADİO