Dünyanın yarısının danışdığı beş dil

Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasında ilk beşlikdə yer alır.

Bizim.Media xəbər verir ki, siyahıya təxminən 1,5 milyard insanın istifadə etdiyi ingilis dili başçılıq edir.

İngilis dilini ana dili kimi danışanların sayı bundan xeyli az olsa da, onun ikinci və üçüncü dil kimi geniş öyrənilməsi ümumi göstəricini yüksəldir. Biznes, elm, internet, aviasiya və beynəlxalq münasibətlərdə geniş istifadə olunması ingilis dilinin mövqeyini qorumasına imkan verir.
 

İkinci pillədə təxminən 1,2 milyard danışanı olan mandarin Çin dili qərarlaşıb. Bu dil əsasən Çin, Tayvan, Sinqapur və dünyanın müxtəlif ölkələrindəki Çin diasporunda geniş yayılıb. Son illərdə Çinin iqtisadi çəkisinin artması mandarin dilinə marağın da yüksəlməsinə səbəb olub.


Hind dili isə 611 milyon istifadəçisi ilə üçüncü yerə yüksəlib. Son 30 ildə bu dilin istifadəçilərinin sayında böyük artım qeydə alınıb. Bunun əsas səbəblərindən biri Hindistan əhalisinin sürətlə çoxalması və ölkənin dünyanın ən çox əhaliyə malik dövlətinə çevrilməsidir.

Dördüncü yerdə təxminən 560 milyon insanın danışdığı ispan dili gəlir. İspan dili Latın Amerikası ölkələrinin böyük hissəsində geniş istifadə olunur. ABŞ-da ispandilli əhalinin artması da dilin qlobal təsirinin güclənməsinə səbəb olur.
 

İlk beşliyi isə təxminən 335 milyon istifadəçi ilə standart ərəb dili tamamlayır. Ərəb dili Yaxın Şərq və Şimali Afrikanın çoxsaylı ölkələrində rəsmi statusa malikdir. Bununla yanaşı, gündəlik danışıqda bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən yerli ərəb dialektləri istifadə olunur.


Məlumata görə, rus dili təxminən 210 milyonluq ərazini əhatə etməklə ilk beşliyə daxil deyil. Son onilliklərdə demoqrafik dəyişikliklər və postsovet məkanında dil istifadəsinin azalması onun reytinqdəki mövqeyinə təsir göstərib.

Mütəxəssislər gələcək illərdə də siyahının dəyişə biləcəyini bildirirlər. Xüsusilə Hindistan və digər sürətlə böyüyən ölkələrdə demoqrafik proseslərin bəzi dillərin daha geniş yayılmasına səbəb olacağı gözlənilir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs TUTULDU

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Şəhidin taleyinə yazılmış sirli “20” rəqəmi – Ülvi Mikayılovun HƏYAT HEKAYƏSİ - VİDEO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda KEÇİRİLƏCƏK

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

Misir İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib

İranın neft ixracı dayandırıldı – Həmmati

İranın neft ixracı dayandırıldı – Həmmati

End of content

No more pages to load

RADİO