ABŞ-ın dövlət katibi Entoni Blinken İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) rəsmi qəbulunun tezliklə başa çatacağına əmin olduğunu bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Blinken Finlandiya və İsveçin NATO müttəfiqi olmağa hazır olduğunu qeyd edib.
“Onların ordusu Kosovo və Əfqanıstan, İraq və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edib”, - Blinken bildirib.
O qeyd edib ki, Finlandiya və İsveç Silahlı Qüvvələri təşkilatın qüvvələri ilə problemsiz qarşılıqlı əlaqə qura biləcək.
Bizim.Media