Amerikalı milyarder İlon Mask artıq planetin ən varlı adamı sayılmır.
Bizim.Media xəbər verir ki, “Twitter”in yeni sahibini zənginlərin reytinq cədvəlində “LVMH” moda evinin sahibi Bernar Arno üstələyib.
“Louis Vuitton Moet Hennessy”nin rəhbəri ötən il də dünyanın ən varlı adamı olub. Onun sərvəti 186,3 milyard dollar təşkil edib.
İlkin ehtimallara görə, Mask “Twitter”i satın almaqla, 74 milyard dollar itirib və onun sərvəti aprelin ortalarından etibarən 200 milyard dollardan aşağı düşüb.
Bizim.Media