Rusiya-Ukrayna müharibəsinin bitmə tarixi ANONS EDİLİR – Qələbə kimin tərəfində olacaq?

“Rusiya Ukraynada başladığı xüsusi əməliyyatda 2023-cü ilin yayına qədər qalib gələcək”. 

Bu proqnozu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter verib.

"Bu, qələbə sürətli olmayacaq, amma düşünürəm ki, gələn yayın sonuna qədər Rusiya ordusu qalib gələcək".

Rusiyalı ordu generalı Vladimir Boldırev də müharibənin başa çatma müddətilə bağlı açıqlama verib. Onun sözlərinə görə, xüsusi əməliyyat qarşıdakı altı aya başa çatacaq. 

Qeyd eək ki, fevralın 24-də başlanan hərbi əməliyyatlarda Rusiya ilk dövrdə bir qədər üstünlük əldə etsə də, Qərbdən dəstək aldıqdan sonra hərbi üstünlük Ukraynanın əlinə keçib. Ukrayna bir sıra ərazilərin azad edilməsinə nail olub. Ancaq hələ də Rusiya müharibə başlanandan bəri tutduğu ərazilərin müəyyən hissəsini nəzarətində saxlamaqda davam edir. 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev isə qeyd edir ki, amerikalı sabiq kəşfiyyatçının dedikləri sağlam məntiqlə tərs-mütənasibdir:

“Son on ayda Ukraynada davam edən hərbi əməliyyatı Rusiya cəmi 4 günə başa çatdırmağı planlaşdırmışdı. Rusiya son döyüşlər fonunda Xerson vilayətini də tərk edərək, Dnepr çayının şərq sahilinə doğru geri çəkilib. Bundan əvvəl də, Rusiya ordusu Kiyev, Sumı və Çerniqov vilayətlərinin işğal etdiyi ərazilərindən çıxmağa məcbur olub. Rusiya səfərbərlik elan etsə də, onunla belə yenə dəgeri çəkilməkdə davam edir.
 

Rusiya sanksiyalarla öz potensialının da mühüm hissəsini itirib. Ukrayna isə məhdud partiyalarla da olsa, Qərb tərəfdən kifayət qədər dəqiq silah sistemlərilə təchiz olunmaqda davam edir. Belə olan halda ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritterin həmin bəyanatı sağlam məntiqə sığmır.


Əməliyyatlarda Rusiyanın qalib gələcəyi ümumiyyətlə gözlənilmir. Əksinə, Ukraynaya söz verilən silahlar verilərsə, Rusiya bir qədər də geri otuzdurula bilər. Bəzi ərazilərdə isə rus ordusu 2014-cü ildə mövcud olan təmas xəttinə qədər geri çəkilə bilər. Ukrayna ordusunun zəiflədiyini görmürəm. Təşəbbüs, habelə mənəvi-psixoloji, taktiki üstünlük Kiyevin əlindədir. Əksinə, zəifləyən tərəf isə Rusiyadır. Ona görə də Rusiyanın Ukraynada rahatlıqla qələbə çalacağını düşünmürəm”. 

Amma istənilən müharibələrin idarə olunduğunu və bütün münaqişlərin masa arxasında həll edildiyini nəzərə alsaq, burada qəribə heç nə yoxdur.

Çünki Qərb öz maraqlarından çıxış edir, onun hansı ölkənin və ya xalqın çəkdiyi əziyyət, verdiyi qurbanlar maraqlandırmır. 6 ay gözləyək və təki müharibələr olmasın!

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Yer ilə kosmos arasında lift inşa ediləcək

Yer ilə kosmos arasında lift inşa ediləcək

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

“Bu xəbərə çox üzüldüm“

“Bu xəbərə çox üzüldüm“

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Qaxda 47 yaşlı qadını ilan sancdı

Qaxda 47 yaşlı qadını ilan sancdı

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Gəncədə yaşayış evi yandı - FOTO

Gəncədə yaşayış evi yandı - FOTO

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

End of content

No more pages to load

RADİO