Dünən axşam Zahedanın Məzari bulvarında yerləşən kafelərdən birində silahlı atışma baş verib.
Bizim.Media xəbər verir ki, naməlum silahlı şəxslər kafedəki müştərilərə atəş açıblar. Hadisə nəticəsində ən azı iki bəluç əsilli Zahedan sakini həlak olub.
Mənbələrin bildirdiyinə görə, üç silahlı şəxs avtomobillə Məzari küçəsindəki kafeyə daxil olaraq iki nəfərə atəş açıb və daha sonra hadisə yerindən uzaqlaşıb.
Hadisənin dəqiq səbəbləri, hücum edən şəxslərin kimliyi və atışmanın motivi hələlik məlum deyil.
Bizim.Media