“Minlərlə könüllü Vətən Müharibəsində övladlıq borcunu şərəflə yerinə yetirib” – Prezident 

“Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirib”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir. 

Müraciətdə daha sonra bildirilir:

"Əziz gənclər!


Sizi – Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb edib.

Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür.
Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər.

Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirib.

Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlayıb. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız. Sizə bu nəcib amal naminə fəaliyyətinizdə nailiyyətlər diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Yer ilə kosmos arasında lift inşa ediləcək

Yer ilə kosmos arasında lift inşa ediləcək

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

“Bu xəbərə çox üzüldüm“

“Bu xəbərə çox üzüldüm“

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Qaxda 47 yaşlı qadını ilan sancdı

Qaxda 47 yaşlı qadını ilan sancdı

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Gəncədə yaşayış evi yandı - FOTO

Gəncədə yaşayış evi yandı - FOTO

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

End of content

No more pages to load

RADİO