Azərbaycanın XİN başçısı Zəngəzur dəhlizindən DANIŞDI

Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini sübuta yetirir.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas prioritetlərindəndir.

"Bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji infrastrukturunun modernləşdirilməsini, alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva edir.

Elektrik enerjisi istehsalı sahəsində səylərin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına köməklik göstərir, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır.

Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır.

Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər", - deyə Ceyhun Bayramov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

Lökbatanda qazılan yol niyə asfaltlanmır? - VİDEO

Lökbatanda qazılan yol niyə asfaltlanmır? - VİDEO

ABŞ Braziliyanı BELƏ CƏZALANDIRDI

ABŞ Braziliyanı BELƏ CƏZALANDIRDI

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq– SİYAHI

Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq– SİYAHI

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Kondisionerlərdə "3 dəqiqə qaydası" nədir?

Kondisionerlərdə "3 dəqiqə qaydası" nədir?

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü – FOTO

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü – FOTO

Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA

Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Ermənistan hökuməti ABŞ ilə strateji əməkdaşlıq sazişini təsdiqlədi: "TRIPP" layihəsi başlayır

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

End of content

No more pages to load

RADİO