Xalq artistinin xanımı: “Yaşar Nurinin əşyalarını qızıl bilib, bağ evindən oğurladılar” - VİDEO

“Yaşar Nurinin vəfatının 10 ili tamam olur. Sanki bu hadisə ötən gün olub. Yanımdadır, onu heç zaman həyatımda olmayan bir insan kimi hiss etmirəm. Çünki hiss etsəm ki, Yaşar müəllim yoxdur, o zaman gərək həyatımda çox dəyişikliklər edim”.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün 61 yaşı tamam olan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım “Səhər mərkəzi” verilişində deyib.

Mərhum aktyorun məzarını ziyarət edən sənətkarın xanımı bildirib ki, iki il əvvəl onların bağ evində oğurluq hadisəsi olub. Bu zaman isə orada Y.Nuridən xatirə qalan bəzi əşyalar oğurlanıb.
“Bağ evimiz var. Yaşar müəllim sağ olarkən onun təmirinə başladıq, amma o xəstələndiyi üçün təmiri yarımçıq qaldı. Otaqlardan birini azca təmir edib, divar kağızlarını yapışdırdıq və Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi də olmuşdu.

Oğurluq hadisəsində Yaşar müəllimin əşyalarının bir neçəsi oğurlanmışdı. Onun bəzi əşyalarını tərpədəndə səs edirdi. Oğrular da düşünüblər ki, bu qızıldır. Onları da oğurlamışdırlar. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram. Ora girəndə özümü sənətin içində hiss edirəm. Mən də Yaşar müəllimləyəm və səhnədəyəm”, - deyə Rəhimə xanım vurğulayıb.

Sənətkarın xanımı bildirib ki, o, qızı ilə birlikdə xəstəxanaya gəlsə də, lakin özündə güc tapmadığı üçün  Xalq artisti ilə vidalaşa bilməyib:

“Gecə ilə mənə zəng edib dedilər ki, gəlin xəstəxanaya. Qızım Ülkərlə getdik. Gördük ki, həkim oturub ağlayır. Söylədilər ki, istəyirsinizsə gedin onunla görüşün. Cavab olaraq dedim ki, siz nə danışırsınız, mən onu canlı görmüşəm.

Yaşar müəllim həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün. Onunla vidalaşmaq üçün özümdə güc tapmadım. Düşünürəm ki, son 10-15 ildə biz əsl məhəbbət yaşamışıq. Sən demə yaşa dolduqca məhəbbət şirin olur”.
Y.Nurinin müğənni qızı Ülkər isə atası ilə bağlı xatirələrini dilə gətirdiyi zaman kövrəlib:

“Atam mənə söylədi ki, sənin başına elə tac qoyub gedəcəyəm ki, o tacı heç zaman yerə qoyma. Həqiqətən də onun dediyi kimi oldu. Məzarını ziyarət etdiyim zaman deyirəm ki, həyatda elə şeylər edə bilmədim ki, sən onu görüb, sevinəsən və ya narahat olmayasan. Ailə quranda istədim ki, övladım olsun, atam baba olsun. Belə məsələlər var ki, yadıma salanda məni incidir. Bu barədə isə özümü qınayıram. Allah sənə rəhmət eləsin, ruhun şad olsun ata. Hər zaman qızınla fəxr et!”, -deyə Ülkər söyləyib.

Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu.

Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə almışdı. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilmişdi. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

FHN-dən sel və daşqınla bağlı TÖVSİYƏ

Yük maşınının arxasında ilişib qalan sürücülər - Bu halda ötmək olar

Yük maşınının arxasında ilişib qalan sürücülər - Bu halda ötmək olar

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Taskool və Main Team Organization Nyu-Yorkda SciTech Olimpiadasının Grand Finalının təşkili üçün əməkdaşlığa başlayır – FOTO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Cəsarətli geyimi ilə diqqət çəkdi – FOTO-VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Hidayət Heydərov dünya çempionatına qələbə ilə BAŞLADI - VİDEO

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi

End of content

No more pages to load

RADİO