Xəbər verdiyimiz kimi Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün ilk matçı keçirilib.
Bizim.Media xəbər verir ki, B qrupunda İngiltərə və İran qarşılaşıb.
Dohadakı "Xəlifə" stadionunda baş tutan oyun İngiltərənin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə - İran - 6:2
Qol: Cud Bellinqem, 35 (1:0), Bukayo Saka (2:0), 44, Rahim Sterlinq, 45+1 (3:0), Saka, 62 (4:0), Taremi, 65 (4:1), Reşford, 72 (5:1), Qriliş, 90 (6:1), Taremi, 90+13 (6:2)
Baş hakim: Rafael Klaus (Braziliya)
Qeyd edək ki, A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gələcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Bizim.Media