Fransanın PSJ klubunun rəhbərliyi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kristiano Ronaldonu qışda transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu iddianı jurnalist Florian Plettenberq irəli sürüb.
Yalnız Paris təmsilçisinin idman direktoru Luis Kampos heyəti azaltmaq və gəncləşdirmək istədiyi üçün mümkün keçiddən narahatdır.
Ronaldonun Portuqaliya "Sportinq"inə transfer olmaq ehtimalı da var. Lakin bu, Mançester təmsilçisinin mövqeyindən və qərarından asılıdır.
Bizim.Media