“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara sövq etmir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya və Ukrayna müharibəsindən danışarkən belə deyib.
O, qeyd edib ki, rəsmi Vaşinqton Kiyevlə məsləhətləşəmədən Rusiya tərəfi ilə müharibənin başa çatması ilə bağlı müzakirələr aparmayacaq:
"Biz hamımız razıyıq ki, diplomatiya yolu ilə nizamlanma ən yaxşı variantdır, yalnız bu, Putinin qoşunlarını geri çəkməsindən sonrakı ikinci variantdır. ABŞ strateji münasibətlərdə, xüsusilə indiki mərhələdə Rusiya ilə açıq ünsiyyət kanallarının saxlanmasının tərəfdarıdır”.
Bizim.Media