Bir müddət əvvəl yola düşən NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi artıq Estoniyaya çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Estoniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.
Qeyd edək ki, gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada "Ice Winds 22" beynəlxalq dəniz təlimində iştirak edəcəklər.
Bizim.Media