Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Məlumata görə, yarışı təşkil etmək üçün Türkiyə də namizədliyini irəli sürmüşdü.
Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.
Bizim.Media