Milliyə çağırılmayan Qara Qarayev: “Baş məşqçiyə bəzi sözlərə görə cavab verdim”

"Qarabağ"ın futbolçusu Qara Qarayev yoldaşlıq oyunları üçün Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi report.az-a açıqlamasında yığmada olmadığı üçün üzüldüyünü söyləyib.

Qarayev 10 il mütəmadi olaraq komandanın formasını geyindiyini xatırladıb:

"Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi öz fikrində qaldı, buna hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmaq istəmişəm. Hələ də çağırılmamağımın səbəbini bilmirəm. Hər kəsə uğurlar arzulayıram. Yığma üzvləri zədəsiz klublarına dönsünlər və millimizi layiqincə təmsil etsinlər".

Təcrübəli oyunçu baş məşqçi Canni De Byazi ilə arasında hansısa problemin olmadığını diqqətə çatdırıb: 

"Hər şey iyundakı toplanışda başlamışdı. Amma 3-4 ay keçsə də, bu barədə danışmırdım. Sentyabrda baş məşqçi bəzi sözlər dedi və məcburiyyət qarşısında qalıb cavab verdim. Bu olmasaydı, yenə də danışmayacaqdım. Kiminləsə xüsusi problemim olmayıb. İddia edirlər ki, Qara Qarayev oynamaq davası edir.

Məncə, sevinməlidirlər ki, Azərbaycanda belə futbolçular var. Yenə də çox danışmaq istəmirəm. Milli komandaya uğurlar arzulayıram. İndi azarkeş kimi dəstək verəcəyəm. İmkan olsaydı, futbolçu kimi dəstəyimi göstərərdim. Canni De Byazi məni 10 il milliyə çağırmasa, yenə yığma üçün can yandıracağam. Bu komandada olmaq üçün daim çalışacağam".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Moldova, noyabrın 20-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

End of content

No more pages to load

RADİO