Türkiyə Superliqasının "Beşiktaş" - "Antalyaspor" matçı İstanbulun mərkəzində baş verən partlayışa görə təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NTV telekanalı yayıb.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-a təyin edilmişdi, lakin terror aktından sonra polisin təhlükəsizlik tədbirlərini gücləndirməsi azarkeşlərin oyunun keçirilməli olduğu “Vodafone Park” stadionunu tərk etməsinə səbəb olub.
Xatırladaq ki, bu görüşə qədər 13 oyundan sonra 22 xalla "Beşiktaş" turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. "Antalyaspor" 12 oyundan sonra 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Bizim.Media