"Qarabağ" komandası 3 rekorda imza ATDI

"Qarabağ" komandası futbol üzrə Azərbaycan Premyer Liqasında 3 rekorda imza atıb. 

Bizim.Media Peşkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" buna "Kəpəz"i 3:1 hesabı ilə məğlub etdikləri XIII tur oyununda nail olub. 

Bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır.

“Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb.

Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün “Qarabağ” təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir. 

Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun yetirmələrinin ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.

“Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib.
Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO