Bakıda keçirilən "Qarabağ"-"Frayburq" matçının 44-cü dəqiqəsində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndiriblər.
Qeyd edək ki, Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.
"Qarabağ" fasiləyə məğlub yollanıb.
"Qarabağ"-"Frayburq" – 0:1
Bizim.Media