Partiyaların yeni qanunla bağlı GÖZLƏNTİLƏRİ – “Yumşalmalar olacaq”

Xəbər verdiyimiz kimi, bir həftə öncə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilk dinləmələri keçirilib. Partiya sədrləri və millət vəkillərinin iştirakı ilə baş tutan müzakirələrdə bir sıra təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Noyabrın 4-də isə II ictimai dinləmələr baş tutacaq.

Bəs, partiyaların növbəti müzakirələrdən gözləntiləri nələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, qanunun fəlsəfəsi nəzarətə əsaslandığı üçün hər hansı müdəaların dəyişilməsi istənilən nəticəni verməyəcək:

“Qanunu hazırlayan şəxslər nəzarəti yox, partiyaların güclənməsi üçün addımlar atmağı nəzərdə tutmalıdırlar. Məsələn, 10 min üzv sayını 5 minə endirib, təklifləri nəzərə aldıqlarını göstərə bilərlər.
Lakin bu nəticə deyil axı. Hal-hazırkı dönəmdə, insanları hələ də partiyalara üzv olmaqdan qorxduğu zamanda, ümumiyyətlə, reyestri aradan qaldırmaq lazımdır. “Partiya üzvü kimi sizin adını Ədliyyə Nazirliyinə göndərəcəyik” – desək, kim buna razı olar?

Yaxud da, ildə iki dəfə hesabat verməyi, bir dəfə ilə əvəzləsinlər. Partiya üzvlərdən kimin dünyasını dəyişdiyinin hesabatını necə apara bilər? Və ya partiyalardan tələb olunan məsələlərlə verilən imtiyazlar müqayisə edilə bilməz. Hazırki layihəyə görə, bir şəxsin deputatlığa müstəqil namizədlik verməsi, bunu partiya üzvü kimi etməkdən daha sadədir. Halbuki, bu, əksinə olmalıdır”.

Tural Abbaslının sözlərinə görə, hələ də yeni layihə və dinləmələrin vaxtı ilə bağlı partiyaya məlumat verilməyib:

“Ümumilikdə, qanun layihəsində dəqiqləşdirmələrə ehtiyac olan kifayət qədər xırda nüanslar var. Amma indiki vəziyyətdə layihənin qəbulu məqbul deyil. Maliyyələşmə isə yalnız parlament seçkilərinə hesablanıb. Məsələn, mən prezidentliyə namizəd olub, 30 deputatdan daha çox səs toplasam belə, parlamentdə düşməyi bacaran partiyalara daha çox maliyyə ayrılacaq. Bu tip məsələlər layihədə yoluna qoyulmalıdır”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qanun layihəsində həddən artıq sərt nizamalama prosedurlarının olduğunu diqqətə çatdırıb:

“Bu, bir sıra hallarda icra hakimiyyəti orqanlarının partiyalara əsassız müdaxiləsinə səbəb ola bilər. Ona görə də həmin nüansların aradan qaldırılması yaxşı olardı. Qeydiyyatla bağlı, rəhbərliklə bağlı senzlər, eləcə də partiyaların reyestr məlumatları kimi məsələlərdə dəyişikliklərə ehtiyac var.  İkinci dinləmədə, hesab edirəm ki, müəyyən dəyişikliklər ediləcək. Çünki ilk müzakirələrdə partiyaların böyük əksəriyyəti sadaladığım məqamlarla bağlı narazılıqlarını ifadə etdilər. Yəqin ki, hakimiyyət partiyaların fikirlərini nəzərə alıb, yumşalmalara gedəcək”.

Qulamhüseyn Əlibəyli yeni qanunun bir sıra partiyaların ləğvi ilə nəticələnməsi ehtimalına da münasibət bildirib:

“Partiya fəaliyyətinin çoxluğu siyasi palitranın rəngarəngliyi deməkdir. Lakin Azərbaycanda elə şərait yaranıb ki, partiyaların bir çoxunun mövcudluğu sadəcə formal qeydiyyatla baş verib. Buna görə də partiyaların sayının azalması təbii proses kimi baş verməlidir, inzibati yollarla yox.
Hesab edirəm ki, şərtlərə əməl edə bilməyəcək siyasi partiyalar, inzibati müdaxiləni gözləmədən bir və ya bir neçə partiyada birləşə bilərlər. Təmərküzləşməni partiyaların öz üzərinə götürməsi siyasi palitranı daha da canlandıra bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

End of content

No more pages to load

RADİO