Bu gün günortadan sonra Rusiyanın Volqoqradın Krasnoarmeysk rayonunda sənaye müəssisəsində partlayış baş verib.
Bizim.Media V1.ru saytına istinadən xəbər verir ki, partlayış “Forte Metals GmbH” zavodunun qızdırıcı radiatorlarının istehsalı sexində baş verib.
Nəşrin mənbəsi qaynaq işləri zamanı “havada olan alüminium tozunun partladığını” bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 40 kvadratmetr sahədə “alüminium tozunun alışması” baş verib.
54 yaşlı kişinin öldüyü bildirilir, yanıq xəsarətləri alan 26 yaşlı zərərçəkənin xəstəxanaya yerləşdirildiyi barədə də məlumat var.
Bizim.Media