“Biz stabil Qafqaz regionu görmək istədiyimizlə bağlı fikrimizi açıq ifadə etmişik”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi brifinqdə bildirib.
O, “SEPAH-ın ötən həftə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi müəyyən narahatlıqlara səbəb oldu. Bununla bağlı şərhiniz varmı?” sualını cavablandırıb:
“Təbii ki, stabil bir Qafqaz regionu görmək istəyirik və bununla bağlı fikrimizi açıq ifadə etmişik. Biz bu regionda - Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq, eyni zamanda, istənilən daha böyük gərginliklərin olmaması üçün bu ölkələrlə çalışırıq”.
Bizim.Media