Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1/4 finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorova qalib gəlib.
Bizim.Media