"Hakimiyyəti götürə bilərdik, Etibar Məmmədov qoymadı"

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunan Elşad Musayev Gəncədə baş verən 4 iyun qiyamı ətrafında sualları cavablandırıb:

- Elşad bəy, hər il iyun ayında 1993-cü ildə iyunun 4-də Gəncədəki qiyamla bağlı müzakirələr aparılır, qarşılıqlı ittihamlar səslənir. Sosial şəbəkə və mediada AMİP-in xəyanətkar mövqedə dayandığı, qiyamı dəsəklədiyi iddiaları yer alır. Siz həmin dövrdə AMİP-də təmsil olunurdunuz. Əslində vəziyyət necə idi?

- 20 ildən çoxdur bir qrup dəstə var ki, o zaman hakimiyyətdə təmsil olunub, yaxud onlara mirzəlik ediblər, öz səhvlərini, cinayətlərini gizlətmək üçün günah keçisi axtarırlar. Bizim dövrümüzdə AMİP barədə bir söz deyə bilmirdilər, çünki adları çəkib ifşa edirdik, informasiyamız kifayət qədər idi. AMİP-in sonrakı nəsli hadisələrin əvvəlini o qədər də yaxşı bilmədiyinə görə həmin dəstə fürsətdən istifadə edir. İyun hadisələrində məsələyə bir sıra mərhələlərdən yanaşmaq lazımdır. Birincisi, iyun hadisələri niyə oldu, həmin ərəfədə hansı proseslər gedirdi, ölkədə hansı vəziyyət vardı, iyun hadisələrini zəruri edən səbəblər nə idi? Ölkədə anarxiya idi, hakimiyyət daxilində 4-5 qrupa bölünmüşdülər. Müsavatçılar, yurdçular, bozqurdçular, cəbhəçilər, əhrarçılar ayrı idi və hərənin öz marağı vardı, bir-biri ilə rəqabət aparırdılar. Naşı adamlar idilər, ölkəni idarə edə bilmirdilər, gəlib hakimiyyətə düşmüşdülər. Bərbad bir vəziyyət idi. O zaman aparılan rəy sorğularında, dostumuz, prezidentin o vaxtki köməkçisi Oqtay Qasımov çox düzgün buyururdu ki, Əbülfəz Elçibəy nüfuzuna görə təqribən 4-cü yerdə gedirdi. Bu, ölkədə olan vəziyyətin göstəricisi idi. Cəbhənin özündə İcraiyyə Komitəsi vardı, onlar da ayrı komanda idi, özlərini hakimiyyətdən yuxarıda hiss edirdilər. Açığı, qaragüruh vardı. Bu qaragüruh öz bacarıqsızlığı, kobudluğu, tərbiyəsizliyi ilə bütün ölkəni basqıda saxlayırdı. Bu da iyun hadisələrini yetişdirən səbəblərdən biri idi. Müəyyən qədər işlər görülsə də, parlament seçkilərinə getmək istəmirdilər, çətin qarşıdurma şəraiti yaradılmışdı. İndiyədək heç kəs bu məlumatı açmamışdı, 4 iyundan bir qədər əvvəl Etibar Məmmədovu hakimiyyət rəhbərliyində olan 3 adamdan biri çağırıb ölkədən çıxmasını tələb etmişdi. Bu, Əbülfəz Elçibəy iradəsindən kənarda olub. Bunlar sərt rejim yaratmaq istəyirdilər. Gizli deyil, o vaxt Pənah Hüseynov demişdi ki, 95 faiz əhali bizim əleyhimizə olsa da, hakimiyyətdən getməyəcəyik. Daxili işlər naziri televiziyadakı debatda müxalifət nümayəndəsini təhqir edirdi. Belə bir anarxiya vəziyyəti idi. O dövrdə AMİP-in Ağsu təşkilatından 4 nəfər tutulmuşdu. Sonra onlardan biri Hidayət Qulamov deputat oldu. Qəzetlərdə senzura vardı, bunları unudurlar demirlər. Həmin qrup hakimiyyəti nə yolla olursa olsun saxlamaq istəyirdi.

- Konkret kim Etibar Məmmədovun ölkədən getməsini tələb edirdi?

- Bəli, həmin dövrdə ən güclü siyasi təşkilat olan AMİP sədrini küncə sıxıb ölkədən çıxıb getməsini tələb edirdilər. Qoy indi o tələbi edən də, Etibar Məmmədov da açıb olanları desin. 23 ildə açılmayan bir məsələni açdım. İyun hadisələri olanda ölkə rəhbərliyi hansı vəziyyət olduğunu dandı, heç kəsə açıqlamadı. "Tufan”x9d əməliyyatını kim hazırlayıb, niyə uğursuz olub? O vaxt ölkə rəhbərliyində olan indi müxalifətdə təmsil edilən bir qrup adamlar var ki, müxtəlif qiyafədə yekə-yekə çıxış edirlər. Bu adamların hamısı Surət Hüsyenova təslim oldu, onların içindən biri çıxmadı ki, başına güllə vursun. Surət Hüseynovun xırda dəstəsinə qarşı bu komandanın heç birinin səsi çıxmırdı, müqavimət göstərmirdi. O dövrdə Surət Hüseynovun dəstəsinin qabağına çıxan indi tamamilə kənarda duran Fərəməz Allahverdiyev idi. Onun bir dəstəsi Surət Hüseynovun qarşısına çıxmışdı. Nə olub haqqı demək lazımdır. Bunlar öz günahlarını etiraf eləsinlər. İyun hadisələrini gizlətdilər, heç kəsə heç nə demədilər. Televiziyaya çıxmırdılar, qorxub qaçırdılar. İndi hamı ağsaqqallıq edir, deyir o vaxt bəyə elə məsləhət verdim, belə dedim. O dövrün avtoritetləri vardı, onlar Əbülfəz Elçibəy, Heydər Əliyev, İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədov, Surət Hüseynov və sair idi. Bu adamlar hər şeyi daha yaxşı bilir.

Elşad Musayev: "Aslan İsmayılov yalan danışır”x9d

- Elçibəyin Kələkiyə getmək təklifini verən "parikli”x9d şəxs kim idi?

- O vaxt hakimiyyətdə olanlar çox yaxşı bilirlər. Öz səhvlərini özləri desinlər. Mən niyə danışım ki? Mənim informasiyama görə Elçibəy Türkiyədən gələn qonaqlarla söhbətində 1920-ci ildə Rəsulzadə və onun tərəfdarlarını hakimiyyəti bolşeviklərə verdiyinə görə çox sərt qınayıb. Deyib onlar hakimiyyəti bolşeviklərə verib getdilər, amma Pribaltikadakı republikalar dözdülər. Yəni bu adam getmək istəməyib. Açıb desinlər görək hansı zərurət yaranıb ki, Elçibəy gedib? Elçibəyin Kələkiyə getmə səbəblərindən biri komandasının onu müdafiə etməməsi idi. Komanda üzvlərindən kimlər Elçibəydən xəlbət Heydər Əliyevə zəng edib çağırırdılar? AMİP-in Surət Hüseynova hansısa dəstək verməklə bağlı rəsmi qərarı varmı? Top, topxana, ordu, polis bütün güc sizin əlinizdə idi, niyə hakimiyyəti müdafiə etmirdiniz? Xalqın əmlakına niyə xəyanət edirdiniz? Bu dəstə kollektiv xəyanətkardır. İyunun 8-də Milli İstiqlal Partiyasının üzvləri parlamentin qarşısında piket keçirdi. Piketdə ölkədə baş verənlərin xalqa çatdırılması tələb edilib. Şüarlardan biri "prezidentin təhlükəsizliyi təmin olunsun”x9d idi. O vaxt AMİP hökumətin başında duran Pənah Hüseynovla, Milli Məclisin sədri İsa Qəmbərin istefasını tələb edirdi. AMİP nə zaman Əbülfəz Elçibəyin istefasını tələb edib? Elə şey olmayıb.

- Əbülfəz Elçibəyin prezidentlik səlahiyyətlərinin alınması haqda qanun layihəsi misal gətirilir...

- Hadisələr inkişaf edəndə Elçibəy Kələkiyə getdi, müharibə şəraitində olan ölkəni oradan idarə etmək mümkün deyildi. Etibar Məmmədovun o vaxt bir çıxışı vardı, deyirdi ki, Elçibəy təhlükəli yerə, Ermənistanla sərhəddə gedib, biz istəyirik ki, təhlükəsiz yerə, paytaxta gəlsin. Allah Elçibəyə rəhmət eləsin, arxasınca danışmaq düzgün deyil. Amma hesab edirəm ki, paytaxtı buraxıb kəndə getmək yanlış addım idi. Belə vəziyyətdə ölkə idarə olunmurdu. Səlahiyyətlər kiməsə keçməli idi ki, ölkəni idarə eləsin. Ucqar bir kənddən ölkəni idarə etmək mümkün deyildi. İndiki dövr deyildi, texnika yox idi. Hakimiyyətdə olan cəbhəçilərdən biri səlahiyyətini dondurub qaçmışdı, biri başqa dona girmişdi. Bütün günü Milli İstiqlalın qərargahına gəlib bizə yaltaqlanırdılar ki, nə edək? Bizdən qorxurdular. Belə bir vəziyyətdə qanun layihəsi hazırlanmalı idi ki, vəziyyət nizama salınsın, hüquqi prosedurlara əməl olunsun. Bir layihə hazırlanmışdı, Heydər Əliyev bəyənməmişdi. Sonra AMİP-dən Fuad Ağayev bir layihə hazırladı, o layihə əsasında problem həll edildi. Onu da açıq deyim ki, Elçibəy Kələkidən gələndən sonra da söhbətlərində heç vaxt layihəni və onu hazırlayanları qınamayıb.

- Fuad Ağayev də deyir ki, bizdən incik düşməmişdi.

- Bəli, incik düşməmişdi. Elçibəy hakimiyyət üzvlərinin ucbatından Kələkiyə çıxıb getdi. 4-5 yerə bölünmüşdülər, adamı nüfuzdan salırdılar. Elçibəy əleyhinə nə qədər təhqiramiz yazılar yazırdılar. AMİP rəhbərliyində olan heç kəs onu təhqir etməyib. Amma komandasında olanlar o zaman da, indi də təhqir edirlər. İnsanın ruhunu rahat buraxmırlar.

- Əhrar partiyasının sədri Vaqif Hacıbəyli deyir ki, Etibar Məmmədov və ətrafında olanlar o vaxt tam gücü ilə hərbi qiyama siyasi dəstək vermək yolu tutdular və bununla da Azərbaycan dövlətçiliyinə qarşı öz tarixi xəyanətlərini etdilər.

- Vaqif Hacıbəyli çox qeyri-ciddi danışır. Səhhətində problem var deyə ona qarşı bir şey demək istəmirəm. Bundan əvvəl hakimiyyəti kommunistlərlə böldülər, tarixi xəyanət o idi. Rusiyanın adamlarına hakimiyyəti siz verdiniz. Niyə AMİP-lə, digər demokratik qüvvələrlə hakimiyyəti bölüşmürdünüz? Deyirlər siyasi müxalifət hərbi müxalifətə dəstək verib. Söhbət hansı dəstəkdən gedir? Demişik ki, bu, qiyamdır. Adamlar gözlərinin içinə qədər yalan danışır. Mən Etibar Məmmədovla bir komandada deyiləm, yaxın münasibətlərim yoxdur, amma bu ölkədə hamı bilir ki, obyektivliyimi qoruyub saxlayan adamam. Deyə bilərlər ki, Etibar Məmmədov hərbçilərlə Müdafiə Nazirliyində niyə görüş keçirib. Amma deyə bilmirlər, çünki faktdan istifadə etmək bacarıqları yoxdur. Tutuquşu kimi bir şey öyrəniblər, siyasi müxalifət hərbi müxalifətə dəstək verib. Mediada olanlar onların şinelindən çıxanlardır. AMİP hərbi müxalifətə dəstək verməyib. AMİP hakimiyyəti rahat götürə bilərdi, amma istəmədi, çünki Etibar Məmmədov qoymadı. Binəqədi və Sumqayıtı şəxsən mən götürərdim, heç müqavimət də yox idi. Haqqımızda yalan danışırlar. İndiyədək bu adamlara sərt cavab verən yoxdur deyə abırsızcasına həyasızlıq edirlər. Adamlar xəstədir, məqsədləri başqadır, ellikcə hücuma keçiblər. Müəyyən qisim adamlar var ki, ortaya çıxıb özlərindən avtoritet düzəldirlər. Aslan İsmayılovun o hadisələrlə heç bir aidiyyatı yoxdur. Yalandan deyir ki, AMİP-in qərargahında silahlı birləşmələr vardı. Adam yalan danışır.(tezis.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

End of content

No more pages to load

RADİO