Ukrayna Silahlı Qüvvələri tarixdə ilk dəfə olaraq, pilotsuz uçuş aparatından (PUA) istifadə etməklə cəbhə xəttindən yaralı əsgərin unikal təxliyəsini həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Şimal Bölgəsinin Hərbi Tibbi Klinik Mərkəzi “Facebook”da məlumat verib.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində döyüş meydanından yaralı əsgərin havadan təxliyəsini həyata keçirib.
Hər iki ayağından amputasiya olunmuş 49 yaşlı əsgər Kupyansk bölgəsindəki mövqedən böyük bir dron vasitəsilə təxliyə edilib. Konstantin adlı bir əsgər təkbaşına müşahidə məntəqəsi saxlayırdı.
Əsgərin yerüstü robot sistemləri də daxil olmaqla, müxtəlif vasitələrlə təxliyə edilməsi üçün bir neçə cəhd uğursuz olub. Əsgər bildirib ki, işğalçılar missiyanı pozmaq üçün əllərindən gələni ediblər.


Bizim.Media