Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sözügüdən məsələ sabah keçiriləcək komitə iclasının gündəliyində yer alan 6 məsələdən birincisidir.
Qeyd edəki, qanunvericiliyə görə, Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir.
Xatırladaq ki, Hafiz İsmayılbəyli Milli Məclisin 2019-cu il 22 oktyabr tarixli qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib. Hazırda o, beş auditordan biridir.
Günay Şahmar, Bizim.Media