Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada – xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub.
Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vrança seysmik zonasında 4,8 maqnitudalı orta güclü zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 124,1 km dərinlikdə yerləşib, təkanların intensivliyi isə IV səviyyəyə çatıb.
Odessa vilayətinin cənubunda, xüsusilə İzmail rayonunda yaşayan sakinlər sosial şəbəkələrdə təkanları hiss etdiklərini bildiriblər. Reni, Kiliya və digər yaşayış məntəqələrinin sakinləri "güclü sarsıntı"dan bəhs edərək, "mebellərin titrədiyini" qeyd ediblər.
Bizim.Media