Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır.

Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır?

Bizim.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında burada bir neçə metod olduğunu bildirib.

Onun sözlərinə görə, birinci, ümumi işlək metod mövcuddur:
 

"Ərazidə yeni yaşayış binası tikildikdə, qanunla təsbit olunmasa da, ümumi praktikaya əsasən, inşaat şirkətləri sakinlərə sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəyə malik mənzil təklif edirlər.


Məsələn, 60 kvadratmetrlik mənzil söküldükdə, sahibinə əvəzində yeni binadan 60 deyil, əlavə 20 faiz nəzərə alınmaqla 72 kvadratmetrlik mənzil təklif olunur. Eyni zamanda, tikinti müddətində mənzil sahibinin kirayə xərcləri də qarşılanır. Bu, ümumi praktikada tətbiq olunan üsuldur. Bəzi hallarda isə məsələ pul kompensasiyası ilə həll edilə bilər. Belə olduqda ətraf ərazilərdəki mənzillərin qiymətləri əsas götürülür və kompensasiya kvadratmetrə uyğun hesablanır. Lakin burada böyük problem yaranır. Mənzilin sahəsi kiçik olduqda, xüsusilə də şəhər mərkəzində yerləşdikdə, ödənilən kompensasiya ilə eyni ərazidə yeni mənzil almaq çətinləşə bilər.
 

Bu isə ev sahibinin əvvəlki yaşayış yerindən köçməsinə səbəb ola bilər. Çünki həmin qiymətə oxşar sahəyə malik mənzil tapmaq çətinləşir. Digər tərəfdən, bu məsələnin tənzimlənməməsi süni qiymət artımına səbəb olur. Belə ki, dövlət öz ehtiyacları üçün söküntü apardıqda müəyyən qiymət müəyyənləşdirir.


Məsələn, paytaxtın "Papanin" adlanan ərazisində bir kvadratmetr üçün 2 700 manat kompensasiya nəzərdə tutulur və sakinlərə müəyyən edilmiş qaydada ödəniş edilir. Lakin özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə sakinlərə eyni yanaşma tətbiq olunmur. Onlara sadəcə şirkətlə razılaşmaq təklif edilir. Nəticədə bəzi sakinlər həddindən artıq yüksək məbləğlər tələb edirlər.

Məsələn, 40 kvadratmetrlik evi olan şəxs bunun əvəzində övladları və digər ailə üzvləri üçün bir neçə mənzil, hətta həmin mənzillərin altı-yeddi ilə təhvil verilməsini tələb edə bilər.

Bunun nəticəsində tikinti şirkətlərinin xərcləri artır. Tutaq ki, şirkətin 50 milyon manatlıq kredit öhdəliyi var. Bu yük son nəticədə tikinti xərclərinə və mənzil qiymətlərinə təsir göstərir. Eyni zamanda, yeni mənzil gözləyən sakinlər üçün kirayə haqları da arta bilər. Belə hallarda mənzillərin hər kvadratmetrinin qiyməti ən azı 200-300 manat bahalaşa bilər.
 

Burada əsas problem qanunvericilikdəki boşluqdur. Yaxşı olardı ki, söküntü aparılacaq ərazilər üzrə şərtlər əvvəlcədən müəyyənləşdirilsin. Əgər hər hansı ərazidə söküntü planlaşdırılırsa, kompensasiya və köçürülmə qaydaları bütün tərəflər üçün məcburi xarakter daşımalıdır. Bu şərtlər müəyyənləşdirilmədən söküntüyə başlanılmamalıdır.


Söküntüyə başlanılıbsa, proses müəyyən edilmiş qaydalar çərçivəsində aparılmalıdır. Belə olduqda həm tikinti şirkəti öz maliyyə imkanlarını əvvəlcədən hesablaya bilər, həm sakinlərin hüquqları qorunar, həm də tərəflər arasında əsassız tələblərin və anlaşılmazlıqların qarşısı alınar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Maqsud Babayev vəfat etdi

Maqsud Babayev vəfat etdi

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə

Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə

Manevr qaydalarının pozulması ölümlə nəticələndi – Qəzanın ANBAAN VİDEOSU

Manevr qaydalarının pozulması ölümlə nəticələndi – Qəzanın ANBAAN VİDEOSU

Əhalinin DİQQƏTİNƏ: 19-20 oktyabrda...

Əhalinin DİQQƏTİNƏ: 19-20 oktyabrda...

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Baş nazirin müavinlərinin sayı 4 oldu

Baş nazirin müavinlərinin sayı 4 oldu

End of content

No more pages to load

RADİO