Nepalda dağıdıcı daşqından üç gün sonra dağıntıların altından 6 yaşlı qız uşağı sağ vəziyyətdə tapılıb.
Bizim.Media xəbər verir ki, hərbçilər uşağı dağıntıların altından sözün əsl mənasında əlləri ilə qazaraq çıxarıblar. Sağ qalan qız hazırda xəstəxanada müalicə olunur.
Xatırladaq ki, güclü sel öz yolunda sərhəd-keçid məntəqəsini və yaşayış qəsəbəsini dağıdıb. Ardınca baş verən daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb, 2,4 mindən çox insan isə itkin düşmüş hesab olunur.
İtkinlər arasında bir neçə Rusiya vətəndaşının da olduğu bildirilir.
Bizim.Media